«Azərikimya»da Argentina nümayəndə heyəti ilə görüş olub

«Azərikimya»da Argentina nümayəndə heyəti ilə görüş olub
# 05 mart 2012 14:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. «Azərikimya» İstehsalat Birliyində Argentinanın iqtisadi yönümlü nazirliklərinin İqtisadi Araşdırma Missiyasının nümayəndələri ilə görüş keçirilib.

İB-dən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın neft-kimya sənayesinin inkişaf mərhələləri, yaxın gələcəkdə reallaşdırılacaq layihələr, o cümlədən Sumqayıtda Azot gübrəsi (karbamid) zavodunun təməlinin qoyulması və onun tikintisi üçün görülən hazırlıq işləri, sənaye zonasında yaradılması nəzərdə tutulan Sumqayıt Kimya Sənaye parkı haqqında ətraflı məlumat verilib.

Görüşdə yaxın zamanlarda iki ölkə arasında iqtisadi əlaqələrin yaradılması məqsədilə Argentinadan böyük bir işçi qrupunun Azərbaycana səfərinin gözlənildiyi bildirilib. May-iyun aylarında isə Argentina iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana gələcəyi və həmin səfər çərçivəsində Azərbaycan-Argentina biznes-forumunun keçirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR