İyunda Bakıda antiinhisar siyasətinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

İyunda Bakıda antiinhisar siyasətinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
# 06 iyun 2012 13:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 20-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə Azərbaycanda Antiinhisar orqanının yaradılmasının 20 illiyi ilə əlaqədar “İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində iqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu, antiinhisar orqanının gördüyü işlərin qiymətləndirilməsi, qarşıda duran vəzifələr və perspektivlərin müəyyənləşdirilməsi barədə müzakirələrin aparılması nəzərdə tutulur.

Konfransda Avropa və MDB ölkələrinin antiinhisar orqanlarının rəhbər işçiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri və elm xadimləri iştirak edəcək.

Bundan əlavə, iyunun 21-22-də Bakıda MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 36-cı iclası keçiriləcək. Tədbirdə MDB ölkələrinin antiinhisar orqanlarının, MDB İcraiyyə Komitəsinin, eləcə də “MDB-də rəqabətin inkişafına dəstək” Təşkilatının nümayəndələri iştirak edəcək. MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında Şuranın əvvəlki iclasında qəbul edilmiş qərarların icrası, antiinhisar orqanları arasında informasiya mübadiləsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR