“Eurovision 2012” haqqında “Ən gözəl şou” adlı film hazırlanıb

“Eurovision 2012” haqqında “Ən gözəl şou” adlı film hazırlanıb
# 20 iyul 2012 12:49 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın paytaxtı Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi haqqında film çəkilib. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, “Ən gözəl şou” adlandırılan filmdə müsabiqənin pərdəarxası məqamları, “Baku Crystal Hall”dakı yaddaqalan şoudan maraqlı görüntülər, eyni zamanda builki müsabiqənin təmsilçiləri ilə paytaxtın müxtəlif yerlərində müsahibələr yer alıb.

Filmdə diqqətçəkən məqamlar arasında Belçika təmsilçisi İrisin Azərbaycanın milli geyimində görünməsi, Norveç təmsilçisi Tooji ilə Makedoniya təmsilçisi Kaliopinin nərd oyunu, Albaniya təmsilçisi Rona Nişliunun ən böyük arzusunu gerçəkləşdirərək Vaqif Mustafazadənin Ev Muzeyinə getməsi, Yunanıstan təmsilçisi Elefterianın Xəzər dənizində gəzintisi var. Filmdə Avropa Yayım Birliyi (EBU) rəhbərliyinin, digər önəmli şəxslərin Bakı şousu ilə bağlı fikirləri də yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR