Somalidə islamçı qruplaşmanın bazasına hava zərbəsi endirilib

Somalidə  islamçı qruplaşmanın  bazasına hava zərbəsi endirilib
# 17 mart 2012 17:39 (UTC +04:00)
Bakı-APA. Somalidə Aş-Şabab islamçı qruplaşmasının bazasına hava zərbəsi endirilib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Kismayo şəhərinin yaxınlığında yerləşən baza qruplaşmanın əsas koordinasiya mərkəzi idi. Somali hökumət qüvvələri və Afrika İttifaqı hərbiçilərindən aldığı son məğlubiyyətə baxmayaraq Somalinin cənubunda böyük ərazi Aş-Şababın nəzarəti altında qalır. Ehtimallara görə, hava zərbəsini Keniya hərbi hava güvələri endirib. Bu ölkənin ordusu 2011 ildə Aş-Şabab silahlılarının Keniyanın şimalında bir neçə xarici turisti oğurlamasından sonra Somalidəki münaqişəyə müdaxilə edib.
Qruplaşmanın nümayəndəsi hava zərbəsi nəticəsində itkilərin olmadığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR