Azərbaycan Beynəlxalq Bankı «Diners Club»un ölkədə eksklüziv tərəfdaşı seçilib - FOTO
17 oktyabr 2012 11:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Beynəlxalq Bankı (ABB) və «Diners Club International» şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. «APA-Economics»in məlumatına görə, «Diners Club»un Azərbaycanda qəbul edilməsi və digər əməkdaşlığı nəzərdə tutan sazişi Bank tərəfindən İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev, «Diners Club» tərəfindən Avropa və Yaxın Şərq üzrə direktoru Jan Fransua Pol imzalayıblar.
E.Mustafayevin sözlərinə görə, əməkdaşlıq çərçivəsində ilk növbədə «Diners Club»un plastik kartlarının Azərbaycan ərazisində ödəniş üçün qəbul edilməsi, ikinci mərhələdə bu kartların bankomatlar tərəfindən qəbul edilməsi, üçüncü mərhələdə isə «Diners Club» kartlarının Azərbaycanda buraxılması və Azərbaycan vətəndaşlarına təqdim edilməsi nəzərdə tutulur. E.Mustafayev vurğulayıb ki, bu əməkdaşlıq Bank üçün çox böyük nailiyyətdir, çünki bunun nəticəsində ABB «Diners Club»un Azərbaycanda eksklüziv tərəfdaş kimi digər banklara da müvafiq xidmətləri göstərəcək.
J.F.Pol tədbirdə «Diners Club» və bu şirkətə 2008-ci ildə sahib olan «Discover Financial Services» şirkəti barədə ətraflı məlumat verib. O bildirib ki, 1950-ci ildə yaradılan «Diners Club» dünyada çox funksional ödəniş kartları təklif edən ilk şirkət olub. Hazırda şirkət 185 ölkədə fəaliyyət göstərir. Şirkət 2008-ci ildə ABŞ-ın «Discover Financial Services» ödəmə şirkətinə satılıb. Hazırda «Discover Financial Services»in ABŞ-da 56 mln. kart sahiblərinə malikdir. Ümumiyyətlə, bu şirkət məhz ABŞ-da, «Diners Club» isə dünya miqyasında fəaliyyət göstərir.
Tədbirdə qeyd edilib ki, «Diners Club» kartlarının sahiblərinə müxtəlif üstünlüklər təklif edilir, bu isə həmin kartları nağdsız ödənişlər bazarında elitar vasitə kimi qəbul etməyə imkan verir.
Beləliklə, bu gündən etibarən Azərbaycan Beynəlxalq Bankı «Diners Club» kartlarını qəbul etmək hüququna malikdir və gələcəkdə bu sahədə əməliyyatların genişləndirilməsi nəzərdə tutulur.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024