“Eurovision” müsabiqəsi keçiriləcək günlərdə Azərbaycan paytaxtındakı hotellərdə nömrə bronlamaq mümkün olmayacaq

“Eurovision” müsabiqəsi keçiriləcək günlərdə Azərbaycan paytaxtındakı hotellərdə nömrə bronlamaq mümkün olmayacaq
# 13 fevral 2012 08:23 (UTC +04:00)
Yerli turizm şirkətlərindən «APA-Economics»ə verilən məlumata görə, hazırda həmin turistlər üçün hotellərdə nömrə bronlamaq mümkün deyil və nömrələrin əksəriyyəti müsabiqənin təşkilat komitəsi tərəfindən bronlaşdırılıb. Buna səbəb Mədəniyyət və Turizm Nazirliyinin bununla bağlı otellərə ünvanladığı tövsiyə məktubudur.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov nazirlik tərəfindən belə məktubun göndərildiyini «APA-Economics»ə təsdiqləyib. Onun sözlərinə görə, bu müraciətə səbəb müsabiqə dövründə hotellərdə qiymət artımının qarşısını almaq və ən əsası, qonaqların ən vacib hissəsini - müsabiqə təşkilatçılarını normal yerləşdirməkdir: “Nazirlik tərəfindən tövsiyə məktubu göndərilib ki, o ərəfədə bronları qəbul etməsinlər. Bu addım həmin vaxt hotellərdə qiymətlərin kəskin artmasına yol verməmək üçün atılıb. Bilirsiniz ki, həmin vaxt ölkəyə xarici qonaqlar gələcək, onlar imkanlı qonaqlar, yəni VİP müştərilər deyil, jurnalistlər və digər orta səviyyəli adamlardır. Amma onların bu müsabiqəyə qatılması ölkəmizi təbliğ etmək üçün çox böyük şansdır».

Qeyd edək ki, hazırda Bakı hotellərində qonaqları qəbul etmək üçün lazımi səviyyədə olan 6 min otaq var. Bu otaqlar 11 minə yaxın qonaq qəbul edə bilər. Müsabiqə çərçivəsində Azərbaycana hökmən gəlməsi nəzərdə tutulan rəsmi nümayəndələrin sayı isə 4 minə yaxındır. Bunlar müsabiqə iştirakçıları, onları müşayiət edən nümayəndə heyətləri, jurnalistlər, təşkilat komitəsinin nümayəndələri və s.-dir: «Yerlərin 4 mini rəsmi nümayəndələr üçün saxlanılıb. Əlbəttə, onlar üçün müəyyən kvota saxlanması bir öhdəlikdir və hotellərə bununla əlaqədar tövsiyələr verilib. Yaxın vaxtlarda müsabiqənin təşkilat komitəsi tərəfindən qonaqların yerləşdirilməsi ilə onlar məşğul olacaq müəyyən bir qrup yaradılacaq».

Başqa sözlə, rəsmi nümayəndə heyətləri üçün saxlanılan 4 min yerdən başqa Bakının hotellərində 7 min turistə yer qalıb. İndiyədək “Euvrovision”a gəlmək artıq 3 minə qədər turist sifarişi qəbul olunub. N.Bağırovun sözlərinə görə, ümumilikdə müsabiqə çərçivəsində ölkəyə gələnlərin sayının təqribən 11 min ətrafında olacağı gözlənilir: «Məncə, 11 mindən artıq olmayacaq. Amma olsa da, kirayə evlərdə yerləşdiriləcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR