TürkPA-nın baş katibi Qırğızıstan parlamentinin komitə sədri ilə görüşüb

TürkPA-nın baş katibi Qırğızıstan parlamentinin komitə sədri ilə görüşüb
# 30 mart 2012 10:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Bişkekə işgüzar səfəri çərçivəsində Qırğızıstan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Almazbek Batırbekov ilə görüşüb. TürkPA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Almazbek Batırbekov TÜRKPA-nın türkdilli ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli fəaliyyətlər həyata keçirən bir təşkilat olduğunu ifadə edib. R. Həsənov TürkPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək III plenar iclasına hazırlıq işlərinin başlandığını və bu işgüzar səfərin də məhz bununla bağlı olduğunu deyib.

Görüşdə digər məsələlər də müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR