Niderland səfiri: “Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan vətəndaşlarına dəyən zərəri öz gözlərimlə görmüşəm” - FOTO

Niderland səfiri: “Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan vətəndaşlarına dəyən zərəri öz gözlərimlə görmüşəm” - <font color=red>FOTO</font>
# 30 aprel 2012 16:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, diplomat Azərbaycan və Niderlandda səfirliklər açıldıqdan sonra ikitərəfli əlaqələrin daha sürətlə dərinləşdiyini vurğulayıb: “Bu əlamətdar gün iki ölkə arasında diplomatik əlaqələr qurulmasının 20-ci ildönümünə təsadüf edir”.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Niderland həm regional məsələlərə, həm də Avropa Birliyi çərçivəsində sıx əməkdaşlıq edir: “Biz həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə edirik. Son iki ildə mən Azərbaycanın bir çox bölgələrində olmuşam və münaqişə nəticəsində Azərbaycan vətəndaşlarına dəyən zərəri öz gözlərimlə görmüşəm. Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir və münaqişənin yalnız sülh yolu ilə həll olunacağına inanırıq”.

Səfir logistika, kənd təsərrüfatı, nəqliyyat və alternativ enerji sahəsində Azərbaycan-Niderland əlaqələrinin perspektivlərini müsbət qiymətləndirib.

Aryen Uyterlinde Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsi sayəsində Niderland əhalisinin Azərbaycanı daha pozitiv istiqamətdən tanıdığını söyləyib: “Açığı, öz ölkəmin bu il müsabiqənin qalibi olmasını istəmirəm. Çünki biz müsabiqəni Azərbaycan kimi yüksək səviyyədə keçirə bilmərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR