Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 0,9% enib
# 14 iyun 2012 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 496 bəndədək, S&P 500 0,7% - 1 315 bəndədək, Nasdaq isə 0,9% - 2 819 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən daxili makroiqtisadi göstəricilər və Avropa iqtisadiyyatının perspektivləri ilə bağlı mənfi ehtimallar təsir edib.

Avropa fond bazarlarında iyunun 13-də FTSE 100 indeksi 0,2% - 5 484 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 6 153 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 030 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 623,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2579 (+0,7%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR