Azərbaycan Beynəlxalq Bankı “WebMoney” sisteminə qoşulub

Azərbaycan Beynəlxalq Bankı “WebMoney” sisteminə qoşulub
# 06 iyul 2012 13:17 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) “WebMoney” pulköçürmə sisteminə qoşulub. Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.

ABB-nin müştəriləri iyulun 5-dən etibarən bankın filial və şöbələrində “WebMoney” sistemi ilə öz elektron hesablarına pul qoya və ya ordan vəsait çıxara bilərlər.

Əməliyyatlar avro və ya ABŞ dolları ilə aparılır. Müştəri hesabından pul çıxarmaq üçün “WebMoney”in saytında ərizəni doldurmalı, hesab ödəməli, ödənişdən sonra xüsusi kod almalı və onu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə bankın əməkdaşına təqdim etməlidir. Hesaba pul daxil etmək üçünsə müştərinin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə banka gəlməsi kifayət edir.

Tariflər isə hesaba pul daxil etməyə görə daxil olunan vəsaitin 3%-i, pul çıxarmağa görə 3%+0,8% (“WebMoney” sisteminin komisyon haqqı) təşkil edir.

İndiyədək ABB-nin 15 filial və şöbəsi “WebMoney” sisteminə qoşulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR