Fərid Hüseyn və Şəhriyar Hacızadə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər

Fərid Hüseyn və Şəhriyar Hacızadə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər
# 18 sentyabr 2012 07:22 (UTC +04:00)
Bakı-APA. Uzun müddət İranda həbsxanada saxlanmış azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. APA-nın məlumatına görə, bir müddət əvvəl azadlığa buraxılmış şairlər Fəxri Xiyabanda akademik Zərifə Əliyevanın da məzarını ziyarət ediblər.

Xatırladaq ki, İrana şeir festivalına getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də orada həbs olunublar. İran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanılması faktını inkar edib. Sonra hər iki azərbaycanlının həbsxanada olduğu məlum olub. Azərbaycan XİN hadisəyə aydınlıq gətirilməsi üçün İrana bir neçə rəsmi nota verib. Avqustun 7-də İranda F.Hüseyn və Ş.Hacızadənin məhkəməsi olub. Şairlərimiz sentyabrın 4-də azadlığa buraxılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR