Berlində Azərbaycanın müstəqilliyinin 21-ci və Türkiyə Cümhuriyyətinin 89-cu ildönümləri qeyd edilib – FOTO

Berlində Azərbaycanın müstəqilliyinin 21-ci və Türkiyə Cümhuriyyətinin 89-cu ildönümləri qeyd edilib – <font color=red>FOTO </font>
# 22 oktyabr 2012 14:56 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 20-də Berlində Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 21-ci və Türk Cümhuriyyətinin yaradılmasının 89-cu ildönümünə həsr edilmiş tədbir təşkil edilib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzindən (AAKM) APA-ya verilən məlumata görə, mərkəzin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan və türk diplomatları, Bundestaqın türk mənşəli deputatları və üzvləri, Türkiyə mətbuatı, Azərbaycan və türk diasporlarının rəhbərləri və üzvləri iştirak ediblər.
Türk-Azərbaycan Birliyinin sədri, Alman Bundestaqının keçmiş üzvü Haqqı Kəskin Türk-Azərbaycan Birliyinin Azərbaycan və türk xalqlarının yaxınlaşması, dostluğu yolunda yeni və mühüm addımlar atacağını da vurğulayıb. Sonra o, Azərbaycanın Almaniyadakı Səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və AAKM-ə Birliyin fəaliyyətinə verdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının müstəqilliyinin 21-ci və Türkiyə Cümhuriyyətinin yaradılmasının 89-cu ildönümlərinin birlikdə qeyd edilməsinin mühüm bir hadisə olduğunu qeyd edib. Səfir hər iki ölkənin müasir əlaqələrinə toxunaraq bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra onu tanıyan ilk ölkə Türkiyə olub. O, 21 il ərzində Azərbaycanın mütəmadi olaraq Türkiyədən dəstək aldığını bildirib. Səfir Azərbaycanın qazandığı uğurlardan danışıb və bu uğurların qazanılmasında Türkiyənin danılmaz rolu olduğunu bildirib.
Daha sonra Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avnı Karslıoğlu cümhuriyyətin yaradılmasının 89-cu və Azərbaycanın müstəqilliyinin 21-ci ildönümü münasibətilə hamını təbrik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR