“Eurovision-2012”nin Mətbuat Mərkəzi jurnalistləri qəbul etməyə hazırdır

“Eurovision-2012”nin Mətbuat Mərkəzi jurnalistləri qəbul etməyə hazırdır
# 16 aprel 2012 13:09 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. "Eurovision-2012" mahnı müsabiqəsini işıqlandıracaq jurnalistlər üçün “Baku Crystal Hall”ın yanında inşa olunan Mətbuat Mərkəzi demək olar ki, hazırdır. APA-nın xəbərinə görə, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Anar Ələkbərov və “Eurovision-2012” işçi qrupunun rəhbəri Adil Kərimli tərəfindən keçirilən mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında bildirilib ki, mərkəz jurnalistlərin rahat çalışması üçün sürətli internet, monitorlar və digər lazımi aparatlarla təmin olunacaq. Mərkəzdə eyni anda 775 media mənsubu fəaliyyət göstərə biləcək.

Qeyd edək ki, müsabiqənin qonaqları üçün Bakı, Abşeron, Qobustan və Qəbələyə turlar təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR