Amerikalıların əksəriyyəti Barak Obamanın yenidən prezident seçiləcəyinə əmindirlər

Amerikalıların əksəriyyəti Barak Obamanın yenidən prezident seçiləcəyinə əmindirlər
# 01 noyabr 2012 00:56 (UTC +04:00)
Bakı-APA. Amerikalıların əksəriyyəti hazırkı dövlət başçısı Barak Obamanın ikinci dəfə prezident seçiləcəyinə əmindirlər. Gallup mərkəzinin keçirdiyi sorğunun nəticələri belə bir qənaətə gəlməyə imkan verir.

«Rəyi soruşulanların 54%-i seçkilərdə Obamanın, 34%-i isə Mitt Romninin qələbəsinə inandıqlarını bildiriblər. Respondentlərin 11%-i bu barədə müəyyən fikir söyləməkdən çəkiniblər», deyə sorğunun nəticələrinə dair press-relizdə bildirilir.

Namizədlərin öz partiyalarında da üstünlük Obamanın tərəfindədir. Rəyi soruşulan demokratların 86%-i Obamanın qalib gələcəyinə inandıqlarını bildiriblər. Respublikaçıların isə cəmi 71%-i partiyanın namizədi olan Romninin qələbəsinə inanır. Müstəqil seçicilərin 52%-i Obamanın, 32%-i isə Romninin tərəfindədirlər.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR