Azərbaycanın orta məktəblərində yapon və italyan dilləri tədris olunacaq

Azərbaycanın orta məktəblərində yapon və italyan dilləri tədris olunacaq
# 28 iyun 2012 16:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu ildən Azərbaycanın orta məktəblərində yapon və italyan dillərinin tədrisinə geniş yer veriləcək. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, nazirlik bir neçə məktəbdə italyan dilinin ikinci xarici dil kimi tədris olunmasına çalışacaq: “Bir neçə məktəbdə də ingilis və rus dilinin intensiv tədrisini həyata keçirəcəyik”.

Nazir lisey və gimnaziyaların I sinfinə imtahan yolu ilə qəbulun həyata keçirilməsini doğru saydığını söyləyib: “Bu yolla yüksək bal toplayan qabiliyyətli uşaqlar həmin təhsil müəssisələrinə qəbul olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR