Türkiyə Moskvadan Dəməşqə uçan Suriya təyyarəsində axtarış aparıb

Türkiyə Moskvadan Dəməşqə uçan Suriya təyyarəsində axtarış aparıb
# 11 oktyabr 2012 00:01 (UTC +04:00)
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Türkiyə XİN-i bildirib ki, təyyarədə qadağan olunan yük aşkarlanıb. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, təyyarədə mülkü aviasiya tələblərinə cavab verməyən yük tapılıb və müsadirə edilib.
Onun sözlərinə görə, Türkiyə yüklərin yoxlamasına və qadağan olunan yüklər aşkar olunduğu halda beynəlxalq hüquqda nəzərdə tutulan müvafiq tədbirləri görmək hüququna malikdir.
Nazir deyib ki, təyyarənin Suriyaya uçmasına icazə verilib.
Türkiyə mediasının bildirdiyinə görə, təyyarədə aşkarlanan yük hərbi təyinatlı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR