Fabio Kapello: “Azərbaycan yığması hörmətə layiq komandadı”

Fabio Kapello: “Azərbaycan yığması hörmətə layiq komandadı”
# 15 oktyabr 2012 12:47 (UTC +04:00)
Bakı – APA. “Sizə elə gəlir ki, Azərbaycanla oyun asan olacaq? Mən belə hesab etmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının baş məşqçisi Fabio Kapello deyib.

İtaliyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin sabah Azərbaycan millisi ilə baş tutacaq qarşılaşması ərəfəsində baş tutan mətbuat konfransına qatılıb.

Oyun barədə fikirlərini açıqlan Kapello bildirib ki, Azərbaycan yığması hörmətə layiq komandadır: “Onlar İsraillə heç-heçə etdilər ki, həmin görüşü uda da bilərdilər. Portuqaliyada 1 saatdan artıq dözdülər, yalnız son dəqiqələrdə buraxılan qollarla böyük hesabla məğlub oldu. Üstəlik, Moskvaya istirahət etmiş, bərpa olunmuş vəziyyətdə gəlib. Axı onlar oktyabrın 12-də oynamayıblar. Ona görə də ilk dəqiqələrdən matçın taleyini həll etməyə çalışmalıyıq. Yoxsa, “gec-tez vuracağıq” deyə düşünmək olmaz. Əvvəldən aqressiv davranmalıyıq”.

Kapello Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts və millimiz haqda da fikir bildirib: “Mən Foqtsu əla tanıyıram. Ona qarşı oynamışam. Azərbaycan yığması onun rəhbərliyi altında çox intizamlı komanda olub. Rəqibin hücum xəttində isə çox təhlükəli olan və fərdi bacarıqları ilə seçilən bir neçə futbolçu var”.

İtaliyalı mütəxəssis inamlı qələbə haqda düşünür: “Futbolu 2 komanda oynayır. Çox şey rəqibdən asılı olur. Bəzən rəqib sənə 1-ci nömrədən çıxış etməyə imkan vermir. Şimali İrlandiya ilə oyun yadıma düşür. Onlar ilk dəqiqələrdən öz qapılarında oturub üstünlüyü bizə verdilər. Azərbaycan böyük qüvvə ilə müdafiə olunsa, biz də eyni güclə hücum edəcəyik. Amma əgər onlar xoşbəxtliyini bizim qapımız önündə axtarsa, biz də müdafiəyə daha çox vaxt ayıracağıq. Bir sözlə, vəziyyətə uyğun hərəkət etmək lazımdır. Sonda top fərqinin həlledici ola biləcəyini unutmadan inamlı qələbə qazanmağa çalışmalıyıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR