Bakıda beynəlxalq gənclər günü qeyd olunub

Bakıda beynəlxalq gənclər günü qeyd olunub
# 12 avqust 2012 12:28 (UTC +04:00)
Bakı.Anaxanım Hidayətova – APA.Bu gün Bakıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş konfrans keçirilib.

APA – nın məlumatına görə, tədbir Bakıdakı BMT təşkilatının İctimai İnformasiya departamenti, ABŞ Təhsili Azərbaycan İctimayi Birliyi və Azərbaycanda Avropa Hərəkəti ilə birgə təşkil olunub.

Tədbirin əsas məqsədi usaq və gənclərin üzləşdikləri problemlərin həlli istiqamətində fəaliyyət göstərən milli və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi olub. Tədbirin açlışında Bakı BMT ofisinin ictimai informasiya departamentinin nümayəndəsi Envera Selimoviç qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanda coxlu sayda istedadlı genc yaşayır və hər bir gəncin uğuru ,parlaq gələcək üçün bünövrədir. Bu ilki konfransın əsas mövzusu gənclərlə əməkdaşlıq edərək yaxşı dünya qurmaqdır.

Daha sonra konfransda Azərbaycan gənclərinin beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək yaranan problemləri müzakirə olunub.

Tədbirdə Gənclər və İdman Nazirliyinin, Azərbaycandakı ABŞ səfirliyinin, Azərbaycan Avropa Hərəkatının və digər təşkilatların nümayəndələri iştirak edərək fikir müzakirələrində iştırak edib. Konfransın sonunda isə “Azərbaycan 2020” programı ilə bağlı fikirlər və təkliflər səslənib.

Xatırladaq ki, Beynəlxalq Gənclər Günü BMT Baş Assambleyasının 54/120 saylı qətnaməsi ilə 1999 ildən bəri 12 avqust tarixində qeyd olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR