Madaqaskarın paytaxtında baş vermiş partlayışda iki nəfər yaralanıb

Madaqaskarın paytaxtında baş vermiş partlayışda iki nəfər yaralanıb
# 25 avqust 2012 03:29 (UTC +04:00)
Bakı-APA. Madaqaskarın paytaxtı Antananarivuda gecə klubunun qarşısında baş vermiş partlayışda iki nəfər yaralanıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, şahidlər bir kişinin klubun qarşısında dayanan avtomobilin altına paketi qoduğunu bildiriblər. Təhlükəsizlik əməkdaşları əraziyə gələnə qədər işə partlayıcı qurğu salınıb.
Yaralananların biri jurnalistdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR