“Schlumberger” şirkətinin nümayəndələri AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində olublar - FOTO

“Schlumberger” şirkətinin nümayəndələri AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində olublar - <font color=red>FOTO</font>
# 07 sentyabr 2012 11:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dünyada tanınmış şirkətlərdən olan “Schlumberger” şirkətinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar. RSXM-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Schlumberger” şirkətinin Bakı ofisinin rəhbəri Samirə Bağırova bildirib ki, şirkət əməkdaşları Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatların nəticələrini müsbət qiymətləndirir və bu sahədə AMEA RSXM –lə əməkdaşlıq etməyə maraq göstərirlər.

Daha sonra “Schlumberger” şirkətinin Geoloji Tədqiqatlar üzrə məsləhətçisi Darko Spahic və geofiziki sahə üzrə texniki eksperti Yekatirina Soloxa öz paket proqramlarını təqdim ediblər. Təqdimatdan sonra tərəflər arasında geniş fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR