Müsavat Partiyasında gənclərlə bağlı forum keçirilib

Müsavat Partiyasında gənclərlə bağlı forum keçirilib
# 06 oktyabr 2012 15:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Müsavat Gənclər Təşkilatı gənclərlə bağlı forum keçirib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu, “NİDA” Vətəndaş Hərəkatını üzvü Zaur Qurbanlı və ADP Gənclər Təşkilatının həbsdə olan üzvü Rəsul Mürsəlov və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı N. Yaqublunun həbsi barədə məlumat verib və onun azadlığa buraxılmasını tələb edib.

Sonra ADP sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyev, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Müsavat Partiyası başqanının gənclərlə iş üzrə müşaviri Səxavət Soltanlı, ADP Gənclər Təşkilatının üzvü Emin Fərhadi, Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə, Ümid Partiyasının qadınlarla iş şöbəsinin müdiri Könül Quliyeva “NİDA” Gənclər Hərəkatının, VHP Gənclər Təşkilatının və digər gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər.

Tədbirdə adıçəkilən gənclərin azadlığa buraxılması ilə bağlı bu ay ərzində davamlı aksiyaların keçirilməsi, gənclərin müdafiəsi istiqamətində piket və “flashmob” kimi etiraz metodlarından istifadə etməyin zəruriliyi, təşkilat komitəsinin yaradılmasının əhəmiyyəti, o cümlədən növbəti forumun VHP-nin qərargahında keçirilməsi razılaşdırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR