Lənkəranda avtomaşın ağaca çırpılıb

Lənkəranda avtomaşın ağaca çırpılıb
# 15 oktyabr 2012 08:02 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yol-nəqliyyat qəzası baş verib. Lənkəran Rayon-Şəhər Polis Şöbəsindən (RŞPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini, 27 yaşlı Elçin Quliyev idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən, Lənkəran rayon sakini, 43 yaşlı Ağalar Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomaşınla toqquşub. Güclü zərbə nəticəsində “KİA” markalı avtomaşın idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Avtomaşın yararsız hala düşsə də, xoşbəxtçilikdən sürücü və sərnişin heç bir xəsarət almayıb.

Hadisə yerinə gələn yol polisi əməkdaşları qəzaya “KİA” markalı avtomaşının ötmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olduğunu deyiblər.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR