Təbrizdə “Azərbaycan-Muğam” musiqi qrupunun konserti keçirilib

Təbrizdə “Azərbaycan-Muğam” musiqi qrupunun konserti keçirilib
# 19 oktyabr 2012 11:44 (UTC +04:00)
Bakı – APA. Təbrizdə fəaliyyət göstərən “Azərbaycan-Muğam” musiqi qrupunun konserti keçirilib.

APA-nın xəbərinə görə, “Azərbaycan-Muğam” musiqi qrupunun rəhbəri, İran İslam Respublikası vətəndaşı, gənc xanəndə Nasir Ətapurun rəhbərliyi və ifaçılığı ilə keçirilən konsertdə Nasir Ətapurun sənətdə ilk addımları, Bakıda ali musiqi təhsili alması, Azərbaycanın tanınmış muğam ustalarından dərs alması haqqında konsert iştirakçılarına məlumat verilib.

İki saatdan artıq davam edən solo konsertdə Azərbaycan muğamları və xalq mahnıları səslənib. Solo konsert xeyriyyə məqsədilə zəlzələdən zərər çəkənlərə yardım üçün keçirilib. Konsertdə şəhər ictimaiyyəti və Azərbaycanın Təbrizdəki baş konsulluğunun kollektivi də iştirak edib. Konsert iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR