Azərbaycanın CAR-dakı səfiri Pretoriya Universitetində mühazirə oxuyub - FOTO

Azərbaycanın CAR-dakı səfiri Pretoriya Universitetində mühazirə oxuyub - <font color=red>FOTO</font>
# 01 noyabr 2012 15:34 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov Pretoriya şəhərinin Pretoriya Universitetində tələbə və müəllim heyəti qarşısında Azərbaycanın müasir dövrdə xarici və daxili siyasətinə həsr edilmiş mühazirə ilə çıxış edib.

Azərbaycanın CAR-dakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir E.Poluxov müstəqilliyimiz bərpa edildikdən sonra ölkəmizin üzləşdiyi daxili və xarici problemlər, ağrılı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bütün bu çətinliklərin həllində Heydər Əliyevin oynadığı həlledici rolundan danışıb.

Hazırda bu siyasətin uğurla inkişaf etdirilməsi nəticəsində Azərbaycanın regionun ən aparıcı dövlətə çevrilməsi, beynəlxalq aləmdə və dünya siyasətində mühüm rol oynaması, tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Son illər Azərbaycanın iqtisadi sahədə də əldə etdiyi nailiyyətlər və “Eurovision” musiqi müsabiqəsi kimi dünya miqyaslı tədbirlərə ev sahibliyi etməsi də bu siyasətin düzgün aparılmasının bir daha əyani sübutu olduğu bildirilib.

Bu il CAR ilə Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 20 illiyinin qeyd olunduğu və münasibətlərin yeni bir səviyyəyə qalxdığı vurğulanıb. BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın mövcud olduğu halda iqtisadi əlaqələrin çox zəif olduğu da qeyd olunub.

Sonra səfir E.Poluxov tədbir iştirakçılarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin neft siyasəti, BMT Təhlükəsiz Şurasında fəaliyyəti və bir sıra digər məsələlər aid suallara cavab verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR