AMEA-nın Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib

AMEA-nın Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib
# 12 oktyabr 2012 15:25 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib. İnstitutdan APA-ya verilən məlumata görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada xarici ölkələrin arxivlərindən Azərbaycan tarixinə dair sənədlərin ölkəmizə gətirilməsi və sənədlərin toplu şəklində nəşr olunması işinin gedişi ilə bağlı məsələlər müzakirə olunub. İclasda qeyd olunub ki, xüsusilə ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsinə və toplu şəklində nəşr olunmasına diqqət daha da artırılsın. Elmi Şurada indiyədək nəşr olunmuş sənəd topluları bir daha nəzərdən keçirilib. Şurada qərara alınıb ki, bu problemlə bağlı digər sənədlərin ölkəyə gətirilməsi üçün institutun bir qrup əməkdaşının Rusiya, Fransa, Almaniya və Gürcüstan arxivlərinə ezam edilməsi məqsədəuyğun hesab olunsun və bununla əlaqədar müvafiq instansiyalar qarşısında məsələ qaldırılsın.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR