Səid Cəlili: “Bu gün “altılıq” ölkələri seçim qarşısındadır”

Səid Cəlili: “Bu gün “altılıq” ölkələri seçim qarşısındadır”
# 20 iyun 2012 00:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İyunun 18-19-da İranla “altılıq” ölkələri arasında Moskvada keçirilmiş nüzakirələr daha ciddi, daha real və mövqeləri ortaya qoymaq baxımından daha üstün idi. Xüsusilə də İran qarşı tərəfə irəli sürdüyü 5 təklifini tam açıqlamağa müvəffəq oldu”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili müzakirələr bitdikdən sonra keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İran mövqeyini şəffaf şəkildə açıqlayıb: “Biz təkid etdik ki, uranın istənilən həddə zənginləşdirilməsi İran xalqının haqqıdır və sülh məqsədli fəaliyyətləri məhdudlaşdırmaq olmaz. Onlar bu gün bir seçim qarşısındadırlar. Belə ki, müzakirələri çıxılmaz vəziyyətdən çıxarıb İran xalqı ilə əməkdaşlıq istiqamətində addımlaya bilərlər. Ümidvarıq ki, onlar bu fürsətdən istifadə edərək müzakirələrin nəticələrindən faydalanmaqla düzgün istiqamət seçsinlər və çıxılmaz vəziyyətdən çıxsınlar. Biz ekspertlər səviyyəsində keçiriləcək görüşlərdə həm texniki, həm də hüquqi baxımdan məntiqlə İran xalqının nüvə fəaliyyətində haqlı olduğunu sübut etməyə hazırıq”. S. Cəlili deyib ki, səmərəli olmayan dialoqlarda hər bir davranışın münasib cavabı olacaq: “Müzakirələri müsbət nəticələndirməyin yeganə yolu səmərəli danışıqlar və əməkdaşlıqdır.”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR