Tiflisdə beynəlxalq rəqs olimpiadası keçirilib - FOTOSESSİYA

Tiflisdə beynəlxalq rəqs olimpiadası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 26 mart 2012 14:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə (Gürcüstan) III Beynəlxalq Rəqs Olimpiadası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki gün davam edən tədbir Tiflis meriyası, Gürcüstan Müasir Estrada Federasiyası və digər təşkilatların dəstəyi ilə baş tutub.

Olimpiadada 42 nominasiya üzrə rəqs kollektivlərinin yarışması keçirilib. Tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, Çilinin rəqs qrupları iştirak edib. Münsiflər heyətinə Azərbaycandan beynəlxalq kateqoriyalı hakim, Azərbaycanın əməkdar artisti Tahir Eynullayev də seçilib. Tədbirdə Azərbaycandan gələn «Nero» rəqs qrupu «Strit dance» nominasiyası üzrə birinci yerə layiq görülüb.

Olimpiadada Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən «Sarvan» folklor rəqs qrupu da «Yallı» (I yer), «İncəlik» (I yer), «Tərəkəmə» (II yer) nominasiyalarına sahib olub.

«Sarvan» folklor rəqs ansamblının bədii rəhbəri Cəmilə Məmmədova APA-ya açıqlamasında Azərbaycanın bu olimpiadaya ilk dəfə qatıldığını bildirib: «Gürcüstanda Beynəlxalq Rəqs Olimpiadası artıq üçüncü ildir keçirilir. Azərbaycan çox fərqli üslubda və peşəkarlıqla çıxış edib və rəqslər münsiflər tərəfindən yküsək qiymətləndirilib. Arzu edərdim ki, Azərbaycanda da müasir estrada federasiyası yaradılsın».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR