Azərbaycanda magistraturaya sənəd verən 2917 nəfərin ali məktəblərə qəbul imtahanları vasitəsilə daxil olmadığı aşkarlanıb

Azərbaycanda magistraturaya sənəd verən 2917 nəfərin ali məktəblərə qəbul imtahanları vasitəsilə daxil olmadığı aşkarlanıb
# 28 mart 2012 08:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı imtahan vermək istəyən 664 nəfərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən test imtahanında iştirak etmədiyi aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimat mərasimində TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, müxtəlif idarə və təşkilatlar, nazirliklər tərəfindən TQDK-ya daxil olan məktublar əsasında ali məktəbi bitirdiyini bildirən, lakin TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etməyən 734 nəfər müəyyən olunub.

TQDK sədri bildirib ki, 2005-ci ildən TQDK magistraturaya qəbul imtahanı keçirir: “Magistraturaya sənəd verən şəxslərin sənədləri araşdırılan zaman sənəd verən 2917 nəfərin TQDK tərəfindən bakalavr pilləsinə keçirilən imtahanlar vasitəsilə ali məktəbə daxil olmadığı aşkarlanıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR