Akif Nağı yenidən Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Akif Nağı yenidən Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb
# 31 mart 2012 11:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bu gün yenidən Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Bu barədə APA-ya A. Nağı məlumat verib. O, dəvətin Avronest Parlament Assambleyasının Bakıda keçiriləcək plenar sessiyasında Ermənistan nümayəndə heyətinin iştirakına etiraz əlaməti olaraq QAT-ın təşkil edəcəyi etiraz aksiyası ilə bağlı olduğunu deyib. BŞBPİ rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidov A. Nağı ilə görüşüb ona xəbərdarlıq ediblər. A. Nağı deyib ki, xəbərdarlıqda tədbir keçirilən zaman asayiş pozulması halına yol verilməsinin cinayət məsuliyyəti doğura biləcəyi qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR