Astanada Regional Rabitə Birliyinin iclası keçirilir

Astanada Regional Rabitə Birliyinin iclası keçirilir
# 03 aprel 2012 12:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Astanada (Qazaxıstan) Regional Rabitə Birliyinin (RRB) informasiyalaşdırma və informasiya təhlükəsizliyi üzrə komissiyalarının 27-ci və 14-cü iclasları keçirilir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edəcək tədbirdə Azərbaycan rabitə administrasiyasının nümayəndəsi də iştirak edir.

İclaslarda RRB iştirakçısı olan ölkələrdə elektron hökumətin qurulması və inkişafı, internet şəbəkəsində transsərhəd etimad məkanının yaradılması, informasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də həlli birlik ölkələrinin ümumi informasiya-kommunikasiya məkanının yaradılmasına xidmət edəcək bir sıra aktual məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, iclaslarla eyni vaxtda informasiya təhlükəsizliyi məsələləri üzrə beynəlxalq seminar keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR