Elçin Behbudov Oqtay Gülalıyevlə görüşüb

Elçin Behbudov Oqtay Gülalıyevlə görüşüb
# 11 aprel 2012 11:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Sabirabad, Şirvan və Saatlı rayon Polis Şöbələrinin müvəqqəti saxlanma məntəqələrində (MST) monitorinq keçirib. Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib. E. Behbudov Sabirabad rayon Polis Şöbəsinin MST-də saxlanılan “Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevlə görüşdüyünü bildirib: “Oqtay Gülalıyev ona elan olunan ittiham üzrə özünü təqsirli bilmir. Bildirdi ki, Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Rauf Məcidov tərəfindən ona qarşı qeyri-insani rəftar olub. Konkret olaraq Rauf Məcidov onun başına zərbə ilə vurub. Mən də bununla bağlı rayon polis şöbəsinin rəisi Mübariz Quliyevə müraciət etdim. Mübariz Quliyev bildirdi ki, Oqtay Gülalıyev yalan danışır. Ona bildiriblər ki, məhkəmə-tibbi ekspertiza təyin olunsun və o ekspertizadan keçsin. Lakin Oqtay Gülalıyev ekspertizadan imtina edib”.

E. Behbudov Saatlı və Şirvan Polis Şöbələrində aparılan monitorinqlər zamanı bəzi problemlərin aşkarlandığını bildirib: “Aprelin 14-də daxili işlər naziri Ramil Usubovla görüşəcəyəm. Həmin görüşdə monitorinqin nəticələri barədə nazirə ətraflı məlumat verəcəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR