Zaqatalada zəlzələ nəticəsində dağıntılar və xəsarət alanların olduğu bildirilir

Zaqatalada zəlzələ nəticəsində dağıntılar və xəsarət alanların olduğu bildirilir
# 07 may 2012 07:38 (UTC +04:00)
İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov APA-ya bildirib ki, müşavirədə lazımı tapşırıq və göstərişlər verilib.

E. Ramazanov deyib ki, zəlzələ nəticəsində bir sıra kəndlərdə və şəhər mərkəzindəki bəzi tikililərdə dağıntılar qeydə alınıb. Hazırda dağılmış evlər siyahıya alınır. İnsan itkisi və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Zaqatala rayon Aşağı Tala kənd sakinlərinin APA-nın yerli bürosuna verdiyi xəbərə görə, kənddə fəaliyyət göstərən 3 saylı orta məktəbdə çatlar əmələ gəlib. Həmçinin orta məktəb binasının şüşələri qırılıb. Nəticədə bir neçə şagird xəsarət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR