Təhsil naziri orta məktəblərində Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında əmr imzalayıb

Təhsil naziri orta məktəblərində Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında əmr imzalayıb
# 10 may 2012 14:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Təhsil naziri Misir Mərdanov ümumi təhsil məktəblərində Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əmrə əsasən, kinorejissor Vaqif Mustafayevin Heydər Əliyevə həsr edilmiş sənədli filmlərinin xüsusi əhəmiyyətli tədris resursu və tərbiyə vasitəsi olaraq ümumi təhsil məktəblərində sistemli şəkildə nümayişi məqsədəmüvafiq hesab edildiyi üçün Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə 1 həftə müddətinə bu işin təşkili üzrə təklif və tövsiyələr hazırlamaq barədə tapşırıq verilib.

Hər il mayın 10-da ümumi təhsil məktəblərində ilk dərslərin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunması, bütün ümumi orta və tam orta ümumi təhsil məktəblərində, lisey və gimnaziyalarda tədris ili ərzində daimi fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın yaradılması, tanınmış alim və mütəxəssislərin iştirakı ilə Heydər Əliyevin Azərbaycan dili, ədəbiyyatı və tarixi, iqtisadiyyat, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlər barədə irəli sürdüyü müddəaların şərhinə həsr olunmuş tədbirlərin təşkili məsələləri də əmrdə əksini tapıb.

Məktəb kitabxanalarında Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət ayrıca bölmənin yaradılması, bu kitabların məzmunu ilə şagirdlərin tanış olmalarının təmin edilməsi, görkəmli şəxsiyyətlərin H. Əliyev haqqında söylədiyi fikirlərin şagirdlərə çatdırılması, şagirdlər arasında “Dahi rəhbər Heydər Əliyev haqqında bildiklərim” mövzusunda təqdimat müsabiqəsinin keçirilməsi və şagirdləri maraqlandıran digər tədbirlərin təşkili əmrdə ayrıca bəndlərlə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR