“Gənclər Kuboku” turniri çərçivəsində I play-off mərhələsinin qalibləri məlum olub

“Gənclər Kuboku” turniri çərçivəsində I play-off mərhələsinin qalibləri məlum olub
# 16 iyun 2012 09:23 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiasiyaları (AFFA), ADİDAS və “İRƏLİ” İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda gənclərarası futbol üzrə ilk “Gənclər Kuboku” turniri çərçivəsində I play-off mərhələsinin ilk 4 oyunu keçirilib.
APA-nın məlumatına görə, turnir AFFA-nın Futbol Akademiyasının meydançasında baş tutub. Qalib gələn komandalar play-offun II mərhələsinə vəsiqə qazanıblar.
Yeni Yazarlar İctimai Birliyi–Kreativ Gənclər Klubu İctimai Birliyi 3:9
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası TGT – Sektor 11 4:4 (penal: Sector 11)
“İRƏLİ” İctimai Birliyi – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası TGT 17:5
ALAG – Earth Hour Azerbaijan 1:3

Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR