ARDNŞ bu ilin iyun ayında 7,7 min ton benzin ixrac edib

ARDNŞ bu ilin iyun ayında 7,7 min ton benzin ixrac edib
# 02 iyul 2012 15:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin iyun ayında 7,689 min ton avtomobil benzini, 75,214 min ton dizel yanacağı, 3,843 min ton təyyarə yanacağı ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə 2012-ci ilin yanvar-iyun ayları ərzində 40,779 min ton avtomobil benzini, 456,624 min ton dizel yanacağı, 52,72 min ton təyyarə yanacağı ixrac edilib.

Cari ilin iyun ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 891,55 dollar, təyyarə yanacağının 875,14 dollar, dizel yanacağının 828,42 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 597,54 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR