Ağdaş rayon sakini Abşeronda qətlə yetirilib

Ağdaş rayon sakini Abşeronda qətlə yetirilib
# 06 avqust 2012 09:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Abşeron rayonunda qətl törədilib. Bu barədə APA-ya Abşeron Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, Ağdaş rayon sakini Şamo Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və aldığı xəsarətdən orada dünyasını dəyişib. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR