Ucar rayonunda baş vermiş avtomobil qəzasında xəsarət alan 5 nəfərdən 2-si dünyasını dəyişib

Ucar rayonunda baş vermiş avtomobil qəzasında xəsarət alan 5 nəfərdən 2-si dünyasını dəyişib
# 06 sentyabr 2012 00:00 (UTC +04:00)
Ucar. Müşviq Abışev-APA. Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində 2 gün əvvəl baş vermiş yol – nəqliyyat hadisəsi nəticəsində xəsarət almış 5 nəfərdən 2 -si dünyasını dəyişib. Ucar Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, xəsarət alan 5 nəfərdən 2-si ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qalan 3 nəfərin vəziyyəti daha ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Ağsu rayon sakini 1954 –ci il təvəllüdlü Arif Hacəliyev və onun həyat yoldaşı 1958 –ci il təvəllüdlü Minarə Hacəliyeva xəstəxanada dünyasını dəyişiblər. Həkimlər xəstəxanada qalan 1 nəfərin isə vəziyyətinin ağır olduğunu bildirirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR