“Azəri” ABŞ-da çempion oldu - FOTO

“Azəri” ABŞ-da çempion oldu - <font color=red>FOTO</font>
# 06 fevral 2012 08:01 (UTC +04:00)
Bakı-APA.Uzun illər ərzində ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən “Azəri” futbol komandası Las Veqas şəhərində keçirilən beynəlxalq “The King Cup” turnirində birinci yeri tutub. Apasport.az saytının xəbərinə görə, ABŞ, Kanada və İngiltərədən 164 komandanın qatıldığı yarışda “Azəri” 20-40 yaşlılar qrupu daxilində hamını qabaqlayıb.

Samir Lütvəliyevin rəhbərliyi altında fəaliyyət göstərən komanda 2008-ci ildə də turniri birinci yerdə başa vurmuşdu.

“Azəri” 10 ilə yaxındır San Fransiskoda fəaliyyət göstərir və əsasən burada yaşayan azərbaycanlılardan ibarətdir.

Xatırladaq ki, Samir Lütvəliyev 90-ci illərin ortasından ABŞ-da yaşayır. O, yerli peşəkar futbol klubları ilə müqavilə imzalamış ilk azərbaycanlı idmançıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR