Nazirlər Kabinetində yeni vəzifə təyinatları olub

Nazirlər Kabinetində yeni vəzifə təyinatları olub
# 03 sentyabr 2012 08:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Nazirlər Kabinetində yeni təyinatlar olub. APA-nın xəbərinə görə, təyinatlar barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Elxan Xanlar oğlu Muradov Nazirlər Kabineti (NK) Aparatının regionların inkişafı şöbəsinin aparıcı məsləhətçisi vəzifəsindən azad edilərək, həmin şöbədə böyük məsləhətçi vəzifəsinə təyin edilib.

Rəhman Yaqub oğlu Məmmədov isə NK Aparatının regionların inkişafı şöbəsinin məsləhətçisi vəzifəsindən azad edilərək, həmin şöbədə aparıcı məsləhətçi vəzifəsinə təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR