“Azərbaycanda korporativ sosial məsuliyyət: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib

“Azərbaycanda korporativ sosial məsuliyyət: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib
# 22 iyun 2012 12:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası “Azərbaycanda korporativ sosial məsuliyyət: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxışında deyib ki, məqsəd Azərbaycanda QHT-lərin fəaliyyətinə özəl sektorun dəstəyini təmin etməkdir. O, korporativ sosial məsuliyyətin əhəmiyyətindən və vacibliyindən danışıb.

Amerika Ticarət Palatasının (AmCham) qanunvericilik və siyasi məsələlər üzrə əlaqələndiricisi Şahid Şükürov korporativ sosial məsuliyyətin perspektivləri barədə məlumat verib. Onun sözlərinə görə, KSM şirkətin fəaliyyət göstərdiyi cəmiyyətə və mühitə istiqamətlənmiş məsuliyyət hissidir. Bu sistem rəqabəti artırır, daxili bazarın sabit inkişafına təsir edir, biznesin sosial və ekoloji məsuliyyətini də genişləndirir.

Sonra şuranın korporativ sosial məsuliyyət üzrə hazırladığı tövsiyə sənədin təqdimatı olub. Təqdimatda bildirilib ki, tövsiyə sənədinin hazırlanmasında 30-dan çox ölkənin təcrübəsi öyrənilib. Daha sonra Azərbaycanda korporativ sosial məsuliyyətlə (KSM) bağlı vəziyyət və onun perspektivləri, habelə şuranın korporativ sosial məsuliyyət üzrə hazırladığı sənəd müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR