Azərbaycan Dövlət Neft Şirkəti İsveçrədə «Exxon Mobil»dən artıq gəlir götürəcək

Azərbaycan Dövlət Neft Şirkəti İsveçrədə «Exxon Mobil»dən artıq gəlir götürəcək
# 04 aprel 2012 10:17 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Qeyd edək ki, 2011-ci ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə «Exxon Mobil Central Europe Holding GmbH.» şirkəti arasında «Exxon Mobil»in İsveçrə filialı olan «Esso Schweiz GmbH.» şirkətinin səhmlərinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sazişə əsasən, «Esso Switzerland»ın alınması ilə həmin şirkətə məxsus aktivlər, o cümlədən 170-dən artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi ARDNŞ-in nəzarətinə keçib.

R.Abdullayevin sözlərinə görə, artıq bununla bağlı araşdırmalar başa çatıb, şəbəkənin ARDNŞ tərəfindən idarə edilməsinə hazırlıq işləri gedir: «İyunun 30-da artıq onlar oradan çıxacaqlar və bizim sistemimiz tətbiq ediləcək».

Azərbaycan tərəfinin bu şəbəkənin idarə edilməsi ilə bağlı yeni sistem yaratdığını bildirən ARDNŞ prezidenti qeyd edib ki, bu sistemin tətbiqi nəticəsində neft şirkəti buradan «Exxon» şirkətindən də artıq gəlir götürə biləcək: «Biz şəbəkənin idarə olunması mexanizmlərini çox təkmilləşdirmişik və bu barədə məlumat veriləcək» .

Qeyd edək ki, «Esso Switzerland»ın alınması ilə həmin şirkətə məxsus 170-dən artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmlərinin və balon qazının müstəqil distribyutorlara satışını həyata keçirir), Vangen-Oltendəki Qazdoldurma Zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri ARDNŞ-ın sərəncamına keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR