Futbol üzrə Azərbaycan millisi Yaponiya yığması ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi Yaponiya yığması ilə qarşılaşacaq
# 23 aprel 2012 12:24 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşündə növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız mayın 23-də Yaponiya yığması ilə qüvvəsini sınayacaq.

AFFA ilə Yaponiya Futbol Assosiasiyası arasında aparılmış danışıqlara əsasən, razılaşdırılan matç Şizuoka şəhərindəki “Ekopa” stadionunda olacaq. Oyunun keçirilməsi üçün bütün xərclər, o cümlədən nəqliyyat (gediş-gəliş) xərcləri yaponlar tərəfindən ödəniləcək.

17 yaşadək qızlardan ibarət Yaponiya yığması isə bu il Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, millimiz həmin ərəfədə sonrakı 2 oyununu da səfərdə keçirəcək. Mayın 30-da Andorra yığması ilə Frankfurtda, iyunun 5-də Belarus millisi ilə Minskdə yoldaşlıq görüşü olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR