Ermənistanın BMT-dəki missiyasının qarşısında etiraz aksiyası keçiriləcək

Ermənistanın BMT-dəki missiyasının qarşısında etiraz aksiyası keçiriləcək
# 21 fevral 2012 11:54 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Ermənistanın BMT-dəki missiyasının qarşısında Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçiriləcək. APA-nın xəbərinə görə, aksiya “Young Turks” (“Gənc türklər”) Dərnəyi və Nyu-York Azərbaycan Dərnəyi tərəfindən təşkil olunub. ABŞ-dakı Azərbaycan və Türkiyə diaspora qurumları tərəfindən dəstəklənən aksiya fevralın 27-də yerli vaxtla saat 12-də başlayacaq.

“Gənc türklər” tərəfindən verilən açıqlamada Xocalı hadisəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilib və günahkarların beynəlxalq məhkəmədə mühakimə olunması tələbi irəli sürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR