Azərbaycan və Norveç peşə təhsili sahəsində birgə layihə həyata keçirəcək

Azərbaycan və Norveç peşə təhsili sahəsində birgə layihə həyata keçirəcək
# 01 noyabr 2012 15:36 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA Yaxın zamanlarda Norveç hökumətinin dəstəyi ilə bir qrup peşə təhsili müəssisələrinin nümayəndələri Azərbaycana səfər edəcək. Bu barədə APA-ya Təhsil Nazirliyinin texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məlumat verib. O bildirib ki, səfər çərçivəsində Norveç hökumətinin dəstəyi ilə Azərbaycanda böyük bir peşə təhsili layihəsinin həyata keçirilməsi perspektivləri müzakirə ediləcək. Bu səfərin noyabrın 6-na nəzərdə tutulduğunu deyən nazirlik rəsmisi əlavə edib ki, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir. Eləcə də bu sahədə birgə layihənin həyata keçirilməsi məsələləri ətraflı müzakirə ediləcək: “Bundan əlavə, Azərbaycan müəllimlərinin xaricdə təcrübə keçməsi daima gündəmdə olan məsələlərdən biridir. Bu yaxınlarda Azərbaycanın 10-a yaxın peşə təhsili müəssisələri rəhbərlərinin Türkiyəyə səfəri təşkil olunacaq. Bu səfər çərçivəsində peşə təhsili sisteminin idarə edilməsi məsələləri araşdırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR