Azərbaycanda əmlak və gəlir vergisinə yenidən baxılır

Azərbaycanda əmlak və gəlir vergisinə yenidən baxılır
# 09 fevral 2012 10:53 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bunu Maliyyə Nazirliyi vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Cəmil Əlizadə bildirib.

Onun sözlərinə görə, torpaq və əmlak vergisi sahəsində qarşıya qoyulan əsas məsələlərdən biri əmlakın qiymətinin real bazar qiymətlərinə çatdırılması vasitəsilə vergi bazasının genişləndirilməsidir: «Bu addım büdcəyə daxilolmaları artırmaq imkanı yaratmaqla yanaşı, bələdiyyə büdcələrinin real potensialını müəyyən etməyə və bu orqanlara müstəqil fəaliyyət göstərmək üçün imkan yaradacaq».

Şöbə müdiri hesab edir ki, gəlir vergisinin dərəcələrinin azaldılması istiqamətində aparılan islahatlar ilk növbədə sosial sığorta ayırmaları sistemində aparılacaq dəyişikliklərlə uzlaşdırılmış şəkildə həyata keçirilməlidir.

C.Əlizadə bildirib ki, ölkədə mövcud olan vergitutma potensialından tam istifadə olunması hələ də mümkün deyil və qarşıdakı illərdə vergi siyasəti əsasən bu potensialın üzə çıxarılmasına xidmət edəcək: «Qarşıdakı illərdə qeyri-neft sektorunda iqtisadi aktivliyin artırılmasını və sahibkarlığın genişləndirilməsini təmin etmək məqsədilə indiyədək aparılan vergi siyasətinin davam etdirilməsi, vergidən yayınma hallarının azaldılması, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi borclarının ləğv edilməsi işlərinin davam etdirilməsi, vergi güzəştlərinin sayının azaldılması və digər tədbirlər vergi siyasətinin əsas istiqamətlərindən olmalıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR