Son iki ildə ABŞ və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb

Son iki ildə ABŞ və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2 dəfə artıb
# 27 mart 2012 14:05 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Türkiyə ilə ticarət dövriyyəsinin həcminin bu il yeni rekord səviyyəyə çatmasına çalışır. “APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ-ın ticarət müşaviri Maykl Lally “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2009-cu ildə 10,7 mlrd. dollar, 2010-cu ildə 14,7 mlrd. dollar təşkil edib: “2011-ci ildə isə bu göstərici 34% artaraq 19,8 mlrd. dollara çatıb”.

Türkiyə ilə ticarət dövriyyəsinin həcminin bu il yeni rekord səviyyəyə çatmasını istədiklərini vurğulayan M.Lally artımın özəl sektordan asılı olacağını vurğulayıb: “Türkiyə şirkətlərinin ABŞ iqtisadiyyatına investisiya qoymasını asanlaşdırmaq üçün gərəkli addımlar atılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR