Azərbaycan investisiya xərclərini 80% artırıb

Azərbaycan investisiya xərclərini 80% artırıb
# 17 aprel 2012 07:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-mart aylarında dövlət büdcəsinə 3 487,7 mln. manat həcmində vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26% artıqdır. «APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevin sədrliyi ilə aprelin 16-da keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

Daxilolmaların 1 390,4 mln. manatı Vergilər Nazirliyi, 251,7 mln. manatı Dövlət Gömrük Komitəsi, 1 839,8 mln. manatı isə Dövlət Neft Fondunun xətti ilə təmin edilib.

Nazirin sözlərinə görə, I rübdə dövlət büdcəsinin xərcləri 2 843,2 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 36,2% çox icra olunub. Xərclərin 41,4%-i və ya 1 178 mln. manatı sosialyönümlü, 1 015 mln. manatı isə investisiya məqsədləri ilə bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sosialyönümlü xərclər 17,8%, investisiya xərcləri isə 80% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR