Hacıbala Abutalıbov: ““Gül bayramı” ilə əlaqədar Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan 116 ton gül gətirilib” - YENİLƏNİB

Hacıbala Abutalıbov: ““Gül bayramı” ilə əlaqədar Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan 116 ton gül gətirilib” - <font color=red>YENİLƏNİB</font>
# 10 may 2012 09:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan müxtəlif növ 116 ton gül gətirilib. H. Abutalıbov deyib ki, Heydər Əliyevin güllərdən hazırlanmış portretinə xüsusi diqqətlə yanaşılıb: “Portret gözəl canlandırılıb”.

BŞİH başçısı Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, Almaniya, Hollandiya və Fransa dizaynerlərinin birgə çalışdıqlarını vurğulayıb.

H. Abutalıbov, parkın mayın 15-dək Bakı sakinlərinin və qonaqların istifadəsində olacağını bildirib.

Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsi barədə danışan BŞİH başçısı deyib ki, yarışma keçirilən günlərdə Bakıda bir-birindən fərqli və maraqlı tədbirlər baş tutacaq: “Bu tədbirlər Bakıya gələn qonaqlar üçün sürpriz olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR