Gəncədə Nizami Gəncəvinin vəfat günü münasibətilə tədbir keçirilib

Gəncədə Nizami Gəncəvinin vəfat günü münasibətilə tədbir keçirilib
# 12 mart 2012 14:17 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə ictimaiyyətinin nümayəndələri Nizami Gəncəvinin vəfat gününü qeyd ediblər. APA-nın Qərb bürosunun veürdiyi məlumata görə, Nizami Gəncəvinin məqbərəsində keçirilən tədbirə elm adamları, ziyalılar və nizamisevərlər qatılıblar. Tədbirdə şairin ruhuna dualar oxunub, dünyəvi şairin yaradıcılığından söhbət açılıb, onun şeirlərindən parçalar səsləndirilib.

Qeyd edək ki, 1947-ci ildə Nizami Gəncəvinin məqbərəsində aparılan qazıntı işləri zamanı tapılan sinə daşında dahi şairin 1209-cu il martın 12-də vəfat etdiyi yazılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR