"Bakı Yod" ASC-dən oğurluq etməyə cəhd göstərən şəxslər tutulub

"Bakı Yod" ASC-dən oğurluq etməyə cəhd göstərən şəxslər tutulub
# 17 mart 2012 09:19 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Suraxanı rayonunda oğurluqda təqsirləndirilən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi ərazisində "Bakı Yod" ASC-yə məxsus diametri 200 metr uzunluğunda qaz borusunu kəsərək oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri Nofəl Səfərov, İsgəndər Hüseynov və İsaməddin Bağırov tutulublar.


Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR